Back to Top

IT'S NOT JUST ABOUT ERP, WE KNOW WHAT YOUR BUSINESS NEEDS

let's talk

HAQQIMIZDA

“SynApps” – Azərbaycan konsaltinq şirkətidir. Bizim komanda reqionda və xaricdə avtomatlaşdırma və İT üzrə iri layihələr həyata keçirilməsi sahəsində 10 ildən çox təcrübəyə malik olan peşəkarlardan ibarətdir. 2018-ci ildə biz daha tez və effektiv nəticə əldə etmək üçün birləşib konsaltinq şirkəti yaratmaq qərarına gəldik. Biz, bir tərəfdən özünə məxsus xüsusiyyətləri olan müxtəlif sahələrdə güvənli avtomatlaşdırma sistemlərinin tətbiqi üzrə təcrübəmizi, digər tərəfdən isə sifarişçilərimizin biznesini anlama qabiliyyətimizi bir araya gətirdik. Yalnız bu yolla daxili və xarici şirkətlərin rəhbərləri tərəfindən qarşıda qoyulan məqsədlərə çatmaq olar. Bizim metodoloqiyamızın özəlliyi hər layihəyə fərdi yanaşmadan və əsaslı sənədləşmədən ibarətdir. Biz tərəfdaşlarımızı və onların həllərinin böyük diqqətlə seçirik, bu səbəbdəndə biz müştərilərimizə daha rahat və effektiv işləmək üçün təklif etdiyimiz 200-dən artıq məhsul dünya bazarının öndə gedən şirkətləri tərəfindən hazırlanıb. Bunların arasında – Microsoft Dynamics, Oracle, Qlikview, SAP, Naumen, 1C ERP, 1C- Bitriks. Biz daima fəaliyyət göstərdiyimiz bütün istiqamətlərdə birinci olmağa çalışırıq, bunun üçün də həmişə qabaqçıl həllər tapırıq, yeni biznes istiqamətlərinə yatırım edirik və əməkdaşlarımızın peşəkarlığını artırırıq. Bizim şirkət əməkdaşlarımızın, müştərilərimizin, səhmdarlarımızın və tərəfdaşlarımızın məqsədlərinin həyata keçirilməsi üçün bir alətdir.

NİYƏ MƏHZ BİZ?
MALSATANLARDAN ASILLIĞIMIZIN OLMAMASI

“SynApps” heç bir tərəfdaş razılaşması, lisensiya satışından mənfəəti, proqram təminatı təqdim edən müəssisələr tərəfindən illik bonusları yoxdur. Və elə buna görə də biz, heç bir proqram təminatı istehsalçısını reklam etmədən müştərilərimizə şəffaf və keyfiyyətli şəkildə xidmət göstəririk və müştərinin biznes tələblərini nəzərə alaraq biznes alətlər təqdim edirik.

LAYİHƏLƏRİN YÜKSƏK YATIRIM QAYTARIŞI

Bizim tərəfimizdən həyata keçirilən layihələr həmişə yatırım qayıdışına səbəb olur. Son müştərimiz hələ avtomatlaşdırma layihəsi başlamasından öncə vergi orqanlarına ayda 8 000 USD (ildə 96 000 USD) məbləğində artıq ödəməni dayandırdı, onu nəzərə alaraq ki müəssisəsədə ERP sisteminin tətbiqinin dəyəri 90 000 USD təşkil etmişdir. Bizim mütəxəssislər unikal metodoloqiya və konsaltinq vasitəsi ilə həmin artıq ödəməni müəyyən etmişdir. Digər misal: belə hallar olurdu ki avtomatlaşdırma layihəsindən öncə müştəri şirkətinin maliyyə şöbəsində 7 əməkdaş çalışırdırsa, avtomatlaşdırmadan sonra cəmi 1 əməkdaş şöbənin işini görürdü və digər 6 əməkdaş işçi çatışmamazlığından əziyyət çəkən digər şöbələrə yönləndirilmişdirlər.

PEŞƏKARLIQ VƏ HƏVƏSLƏNDİRMƏ SİYASƏTİ

Bizim əməkdaşlar dövlət və kommersiya sektorunda iri layihələr tətbiqi təcrübəsinə və hazır metodoloqiyaya malikdirlər. Şirkət ştatında bütün sahələrə aid mütəxəssislər mövcüddur: topdan və pərakəndə ticarətin, anbarın idarə edilməsi, maliyyə, istehsalat və s. Hər cəlb olunan əməkdaş uğurla həyata keçirilmiş layihənin nəticələrinə görə mükafatlandırılır.

UNİKAL AVTOMATLAŞDIRMA METODOLOQİYASI

Avtomatlaşdırma və informasiya texnoloqiyaları sahəsində 10 ildən 20 ilədək təcrübəyə malik mütəxəssis komandamız unikal metodoloqiya yaradaraq, bu metodoloqiya əsasında müxtəlif çətinlik səviyyəsi olan layihələri uğurla həyata keçirib dəstəkləyir.

XİDMƏTLƏR

BİZNES AVTOMATLAŞDIRILMASI SAHƏSİNDƏ KONSALTİNQ

Biznesin kompleks şəkildə avtomatlaşdırılması (ERP, BI)
Biznesin optimallaşdırılması və müəssisə məsrəflərinin azaldıması
Biznesin avtomatlaşdırmaya olan tələblərinin yığımı, təhlili və formalaşdırılması
Texniki xidmətlərin və onların təchizatçılarının seçimi, qiymətləndirilməsi, nəzarəti və idarə edilməsi
Avtomatlaşdırma, konsaltinq və İT sahələrində müqavilələrin tərtibatına dair məsləhətlər
Avtomatlaşdırma, layihə inkişafı və idarə edilməsi üzrə autsorsinq
Avtomatlaşdırma auditi və dəyişikliklər üzrə tövsiyyələr
Fərdi layihələndirmə və avtomatlaşdırılmanın reallaşdırılması

İT SAHƏSİNDƏ KONSALTİNQ

İT risklərin və standartlarının idarə edilməsi
İT infrastrukturunun optimallaşdırılması
İT strateqiyanın işlənməsi
İT siyasətlərinin, prosedurlarının və proseslərinin işlənməsi
Biznes İT-yə olan tələbləriin yığımı və təhlili
İT layihələrinin idarə edilməsi
Müəssisə İT infrastrukturunun yaradılması, planlaşdırılması və monitorinqi
İnformasiya təhlükəsizliyi

HƏLLƏR

Satışların idarə edilməsi

  • Kotirovkaların idarə edilməsi
  • Müqavilələrin idarə edilməsi
  • Çatdırılma
  • Zəmanət
  • Əvəzetmə
  • Qeri qaytarılma

İstehsalatın idarə edilməsi

  • İstehsalatın planlaşdırılması
  • İstehsalatın icrası
  • İstehsalat güclərinin planlaşdırılması və nəzarəti
  • Maya dəyərinin avtomatik hesablanması
  • Keyfiyyətə nəzarət 

İnsan resurslarının idarə edilməsi 

  • Kadr uçotu
  • Əmək haqqının hesablanması
  • Məzuniyyətlər və işdə olmamalar
  • Davamiyyət (tabel uçotu)
  • Təlimlər və heyətin  inkişafı
  • Heyətin işə gəbul edilməsi
  • Həvəsləndirmə və səmərəliliyin idarə edilməsi
  • Həyatin özünə E-xidməti

Alışın idarə edilməsi

  •  Sifarişlərin idarə edilməsi və planlaşdırma
  • Kotirovka sorğuları və malsatanların seçimi
  • Malsatanların idarə edilməsi
  • Müqavilələrin idarə edilməsi
  • Hesab fakturalanın idarə edilməsi
  • Çatdırma

Anbarın idarə edilməsi

  • Mal mədaxili
  • Mal məxarici
  • Malların hərəkəti
  • İnventarizasiya
  • Saxlanma yerlərinin idarə edilməsi
  • Məlumat yığım terminalları (POS)
  • İstifadə müddətlərinə nəzarət

Müştərilər ilə münasibət (CRM)

  • Sifarişçilərin idarə edilməsi
  • Lidlərin idarə edilməsi
  • Satışların idarə edilməsi
  • Müştərilərə xidmət
  • Marketinq
  • Zənglər mərkəzi (CC)
  • Analitika 

Layihələrin idarə edilməsi

  • Planlaşdırma və icraata nəzarət
  • Miqyaslama
  • Resursların idarə edilməsi
  • Tapşırıqların idarə edilməsi
  • Layihə büdcəsi və məsrəflərə nəzarət

Maliyyə idarə edilməsi

  • Debitorların / kreditorların idarə edilməsi (AP/AR)
  • Avtomatik hesablama və maya dəyərinin idarə edilməsi
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin idarə edilməsi
  • Əmək haqqının hesablanması
  • Uçot siyasəti (CoA, FIFO/LIFO, ACCOUNTS MAPPING, etc.)
  • Büdcə
  • Vergi uçotu
  • Xəzinədarlıq

Biznes proseslərin idarə edilməsi

  • Proseslərin idarə edilməsi
  • Əmrlərin idarə edilməsi
  • Təşəbbüslərin idarə edilməsi
  • Resursların rollar üzrə idarə edilməsi
  • Çox mərhələli təsdiqlər

Biznes təhlil (BI)

  • Analitika
  • Hesabatlılıq və qrafik panellər
  • Onlayn analitika və məlumatların emalı (OLAP)
  • Proqnozlaşdırma
  • Səmərəliliyin korporativ idarə edilməsi

Əmlakın idarə edilməsi

  • Əsas vəsaitlərin uçotu
  • Təmir və xidmət edilmə
  • Zəmanətlərin idarə edilməsi
  • Nəqliyyatın idarə edilməsi
  • Sığortanın idarə edilməsi
  • Keyfiyyətə nəzarət

BİZİMLƏ ƏLAQƏ

ÜNVAN SynApps MMC, Azerbaijan, Baki, Yahya Bakuvi küç. 84, AZ1072