HAQQIMIZDa

“SynApps – Azərbaycan konsaltinq şirkətidir. Bizim komanda reqionda və xaricdə avtomatlaşdırma və İT üzrə iri layihələr həyata keçirilməsi sahəsində 10 ildən çox təcrübəyə malik olan peşəkarlardan ibarətdir. 2018-ci ildə biz daha tez və effektiv nəticə əldə etmək üçün birləşib konsaltinq şirkəti yaratmaq qərarına gəldik. Biz, bir tərəfdən özünə məxsus xüsusiyyətləri olan müxtəlif sahələrdə güvənli avtomatlaşdırma sistemlərinin tətbiqi üzrə təcrübəmizi, digər tərəfdən isə sifarişçilərimizin biznesini anlama qabiliyyətimizi bir araya gətirdik. Yalnız bu yolla daxili və xarici şirkətlərin rəhbərləri tərəfindən qarşıda qoyulan məqsədlərə çatmaq olar. Bizim metodoloqiyamızın özəlliyi hər layihəyə fərdi yanaşmadan və əsaslı sənədləşmədən ibarətdir. Biz tərəfdaşlarımızı və onların həllərinin böyük diqqətlə seçirik, bu səbəbdəndə biz müştərilərimizə daha rahat və effektiv işləmək üçün təklif etdiyimiz 200-dən artıq məhsul dünya bazarının öndə gedən şirkətləri tərəfindən hazırlanıb. Bunların arasında – Microsoft Dynamics, Oracle, Qlikview, SAP, Naumen, 1C ERP, 1C- Bitriks. Biz daima fəaliyyət göstərdiyimiz bütün istiqamətlərdə birinci olmağa çalışırıq, bunun üçün də həmişə qabaqçıl həllər tapırıq, yeni biznes istiqamətlərinə yatırım edirik və əməkdaşlarımızın peşəkarlığını artırırıq. Bizim şirkət əməkdaşlarımızın, müştərilərimizin, səhmdarlarımızın və tərəfdaşlarımızın məqsədlərinin həyata keçirilməsi üçün bir alətdir.