NİYƏ MƏHZ BİZ?
MALSATANLARDAN ASILLIĞIMIZIN OLMAMASI

“SynApps” heç bir tərəfdaş razılaşması, lisensiya satışından mənfəəti, proqram təminatı təqdim edən müəssisələr tərəfindən illik bonusları yoxdur. Və elə buna görə də biz, heç bir proqram təminatı istehsalçısını reklam etmədən müştərilərimizə şəffaf və keyfiyyətli şəkildə xidmət göstəririk və müştərinin biznes tələblərini nəzərə alaraq biznes alətlər təqdim edirik.

LAYİHƏLƏRİN YÜKSƏK YATIRIM QAYTARIŞI

Bizim tərəfimizdən həyata keçirilən layihələr həmişə yatırım qayıdışına səbəb olur. Son müştərimiz hələ avtomatlaşdırma layihəsi başlamasından öncə vergi orqanlarına ayda 8 000 USD (ildə 96 000 USD) məbləğində artıq ödəməni dayandırdı, onu nəzərə alaraq ki müəssisəsədə ERP sisteminin tətbiqinin dəyəri 90 000 USD təşkil etmişdir. Bizim mütəxəssislər unikal metodoloqiya və konsaltinq vasitəsi ilə həmin artıq ödəməni müəyyən etmişdir. Digər misal: belə hallar olurdu ki avtomatlaşdırma layihəsindən öncə müştəri şirkətinin maliyyə şöbəsində 7 əməkdaş çalışırdırsa, avtomatlaşdırmadan sonra cəmi 1 əməkdaş şöbənin işini görürdü və digər 6 əməkdaş işçi çatışmamazlığından əziyyət çəkən digər şöbələrə yönləndirilmişdirlər.

PEŞƏKARLIQ VƏ HƏVƏSLƏNDİRMƏ SİYASƏTİ

Bizim əməkdaşlar dövlət və kommersiya sektorunda iri layihələr tətbiqi təcrübəsinə və hazır metodoloqiyaya malikdirlər. Şirkət ştatında bütün sahələrə aid mütəxəssislər mövcüddur: topdan və pərakəndə ticarətin, anbarın idarə edilməsi, maliyyə, istehsalat və s. Hər cəlb olunan əməkdaş uğurla həyata keçirilmiş layihənin nəticələrinə görə mükafatlandırılır.

UNİKAL AVTOMATLAŞDIRMA METODOLOQİYASI

Avtomatlaşdırma və informasiya texnoloqiyaları sahəsində 10 ildən 20 ilədək təcrübəyə malik mütəxəssis komandamız unikal metodoloqiya yaradaraq, bu metodoloqiya əsasında müxtəlif çətinlik səviyyəsi olan layihələri uğurla həyata keçirib dəstəkləyir.